Rusiyalı aktyor, ssenarist və rejissor Yuri Kuzmenko vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kuzmenko "Dalnoboyşiki" serialında canlandırdığı obrazla tanınıb. O, bu ekran işinə görə "Qızıl Qartal" mükafatı alıb. Kuzmenko “Qadınların qayğısına qal”, “İlk uçuş, son uçuş”, “Moskva uğrunda döyüş”, “Naməlum şəxs”, “Əsrin faciəsi” və digər filmlərdə ümumilikdə 35 rol ifa edib.