Məşhur aktrisa vəfatından 1 gün əvvəl boşanıb

Məşhur aktrisa vəfatından 1 gün əvvəl boşanıb
1509 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa, "Beverly Hills, 90210" seriallarının ulduzu Şannen Dohertinin ölümündən bir gün əvvəl həyat yoldaşı Kurt İsvarinkodan boşandığı ortaya çıxıb.

Axşam.az xəbər verir ki, rəsmi sənədlərə görə, aktrisa ilə əri iyulun 12-də boşanıblar. 

“People” nəşrinin məhkəmə sənədlərinə əsasən verdiyi xəbərə görə, aktrisa alimentdən imtina barədə ərizəyə imza atıb. O, həmçinin qarşılıqlı razılaşma ilə sənədlərə qol çəkib.

Uzun müddətdir davam edən boşanma prosesinin Dohertinin ömrünə az qaldığını hiss etdiyi üçün bitib-bitməməsi isə bəlli deyil.

Qeyd edək ki, Şannen uzun sürən xərçənglə mübarizədən sonra iyulun 13-də 53 yaşında vəfat edib.

Doherti və İsvarinko 2011-ci ilin oktyabrında evləniblər. Aktrisa beyin əməliyyatına az müddət qalmış əri tərəfindən xəyanətə uğradığını öyrənib. O, 2023-cü ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Şannen 2024-cü ilin iyununda məhkəməyə yenidən müraciət edərək həyat yoldaşından ayda təxminən 15,5 min dollar məbləğində aliment ödəməsini tələb edib.