Bodrumdakı bahalıqdan şikayət etdi

Bodrumdakı bahalıqdan şikayət etdi
1038 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli rejissor Qani Müjde məşhur istirahət məkanı Bodrumda yaşayışın baha olmasına reaksiya verib.

Axşam.az xəbər verir ki, avtomobil dayanacaq haqqının 800 lirəyə qədər olduğunu bildirən Müjde hər sahədə qiymətlərin qalxmasından şikayətlənib.

"Bağı olub, evində yeyən insanlar var. Çünki adi bir kabab evində 20 min lirə hesab ödənilir. Balıq evlərini hələ demirəm. Bahalı qalma yerləri. Axşama qədər musiqini qoyub, sadəcə ofisiantların əyləndiyi məkanlar... Ağzına kimi dolu olan bələdiyyə çimərlikləri var. Konsertlər bir-bir təxirə salınır. Bodrum dolu küçələr və boş məkanlarla doludur. Hələ iyul ayı başa çatsın, görəcəyik" deyə, rejissor əlavə edib.