Məhkəmə İvleyevanı axtarır

Məhkəmə İvleyevanı axtarır
327 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın sonundan bəri aparıcı Nastya İvleyevanın vergi borcu ilə bağlı təfərrüatlar vaxtaşırı gündəmə gəlir.

Axşam.az xəbər verir ki, onun 11 milyon rubldan (təxminən 211774 manat) çox ödəməsi olduğu bildirilib. Bu dəfə isə məbləğin 20 milyon rubla (təxminən 385 min manat) çatdığı yazılıb. Belə ki, aparıcıya ödənişdən yayınmaya görə cərimələr əlavə edilib. Nastya hesabları bloklandıqdan sonra da borcuna məhəl qoymamağa davam edib.

"Shot" teleqram kanalı yazır ki, İvleyeva məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Nəşr yazır ki, blogerə qarşı 11,3 milyon vergi ödəmədiyinə görə icra icraatı başlanıb.

Onun nümayəndələri baş verənləri şərh etməkdən imtina ediblər. Nastyanın özü isə qardaşı qızı da daxil olmaqla əyləncəli məzmunlar dərc etməyə davam edir.