Hollivud ulduzu Ancelina Coli keçmiş əri Bred Pittlə məhkəmə çəkişməsinə son qoymaq istəyir.
Axşam.az xəbər verir ki, o, iddianı geri götürməkdə israrlıdır. Bu barədə “People” məlumat yayıb.
60 yaşlı aktyor Coli ortaq şərab zavodunda payını 67 milyon dollara spirtli içki istehsal edən rusiyalı iş adamına satdıqdan sonra onu məhkəməyə verib. Pittin sözlərinə görə, Ancelina onların razılaşmasını pozub, lakin Coli onların heç bir şeydə razılığa gəlmədiyini iddia edib.
Colinin vəkillərinə görə, Bred şəxsi pis əməllərini, eləcə də ondan sui-istifadə etməsini ört-basdır etmək üçün bu yaxınlarda uzadılmış açıqlanmama müqaviləsi tələb edərək, Ancelinanı cəzalandırmağa və ona nəzarət etməyə çalışıb.
"Ancelina yenidən Pittdən ədavəti dayandırmağı istəyib. Əgər Pitt bunu etməsə, Ancelina iddialarının yalan olduğunu sübut etmək üçün lazımi sübutları əldə etməkdən başqa çarəsi olmayacaq. Söhbət çox güman ki, cütlüyün evliliyinə son qoyan təyyarədə baş verən hadisədən gedir: Colinin dediyinə görə, 2016-cı ildə Pitt ona və övladlarından biri, övladlığa götürdüyü oğlu Maddoksa əl qaldırıb" deyə, mənbə bildirib.
Daha əvvəl insayderlər Pittin də Ancelina ilə münasibətləri yaxşılaşdırmaq istədiyini, övladlarını görmək arzusunda olduğunu deyib.
Ancelinanın yaxınlarının dediyinə görə, məhkəmə prosesləri də onun üçün asan deyil, aktrisa son vaxtlar çox arıqlayıb.