Məşhur müğənni buna görə İzmirdə səhnəyə çıxmayıb

Məşhur müğənni buna görə İzmirdə səhnəyə çıxmayıb
1118 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunan müğənni Despina Vandinin İzmirin Çeşmə bölgəsində verəcəyi konsert baş tutumayıb.

Axşam.az xəbər verir ki, Vandi zalın tamaşaçılarla dolu olmasına baxmayaraq səhnəyə çıxmayıb. İddialara görə, buna səbəb ifaçının səhnədəki türk bayrağı və Atatürk posterinin endirilməsini tələb etməsi və təşkilatçıların razılaşmaması olub.

Vandi səhnəyə çıxmayanda isə tamaşaçılar bir ağızdan İzmir marşını oxuyublar. Çeşmə Bələdiyyə Başçısı Lal Dənizlinin "Xanım təcili olaraq bu şəhərin sərhədlərini tərk etməlidir. Çünki o, türk bayrağının və Atatürkün posterinin enməsini istəyirdi. Fikir verməyin, məncə o, gözəl nəfəslərinizi yoracağınız bir insan belə deyil. Biz bu torpaqları qazanmaq üçün çoxlu şəhidlər vermişik, qardaşlığın, əbədi dostluğun hər zaman qalib gələcəyinə inanan insanlarıq" dedikdən sonra Despina Vandi onun açıqlamasına reaksiya verib.

Bir müddət sonra açıqlama verən Fondun İzmir Şöbəsinin prezidenti Gülnur Sonbayraktar sənətçinin gözlənilməz səbəblərdən son anda konsertə gələ bilmədiyini, biletlərin istəyənlərə geri qaytarıla biləcəyini bildirib.

Konsertdə Despina Vandi ilə səhnəni paylaşması planlaşdırılan TEV xoru İzmir marşını oxuduqdan sonra tamaşaçılar da himni müşayiət ediblər.