Türkiyəli aktrisa Hafsanur Sancaktutan yenidən özəl həyatı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, aktrisa həmkarı Kubilay Aka ilə sevgilidir.
Qeyd edək ki, Hafsanurun adı bundan əvvəl aktyor Kərəm Bursinlə hallansa da, tərəflər iddiaları təkzib edib. Aktrisa son açıqlamalarının birində eşq həyatı ilə bağlı işlətdiyi "Ortalıqda adam qalmayıb" ifadəsi gündəm olmuşdu.
Hafsanur son olaraq "Ya çok seversen" serialına çəkilib. Kubilay isə "İnci taneleri"ndə rol alır.