Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ailəsi ilə istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, gəzintidən görüntüləri futbolçunun sevgilisi Corcina Rodrigez sosial şəbəkə hesabında paylaşıb.
Onlar övladları ilə birlikdə Səudiyyə Ərəbistanında qapalı şəxsi adaya istirahətə yollanıblar. Ailə yaxtada və villada dincəlib.
Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: 6 yaşlı Alana Martina və qardaşını itirən 2 yaşlı Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.