Hadisənin səhnəyə çıxan oğlana reaksiyası lağa qoyuldu - Video

Hadisənin səhnəyə çıxan oğlana reaksiyası lağa qoyuldu - Video
2838 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Hadisənin başına iş gəlib.

Axşam.az xəbər verir ki, konsert əsnasında tamaşaçılardan biri səhnəyə qaçaraq ifaçı ilə şəkil çəkdirmək istəyib. Gözlənilmədən baş verən hadisədən müğənni qorxub. Mühafizəçilər gənc oğlanı oradan uzaqlaşdırıblar. Lakin Hadisə buna qəribə reaksiya verib. Belə ki, o, əvvəlcə ürəyini sonra isə qolunu tutaraq ağrı hiss etdiyinə işarə edib. Görüntülərdə gəncin ifaçıya toxunmadığı, sadəcə mühafizəçinin oğlanı tutmaq istəyərkən Hadisəyə dəydiyi əks olunub.

İzləyicilər ifaçının bu reaksiyasını lağa qoyublar.