Türkiyəli məşhur aktyor Salahsun Hekimoğlu vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, karyerasına 2003-cü ildə "Hayat Bilgisi" serialı ilə başlayıb. S.Hekimoğlu "Payitaht Abdülhamid", "Diriliş: Ertuğrul", "Kurtlar Vadisi", "Arka Sokaklar, "Kavak Yelleri", "Dudaktan kalbe", "Diriliş", "Bedel", "Asi", "Acı Hayat" kimi məşhur ekran işlərində rol alıb.