Ekstravaqant müğənni Ledi Qaqanın “Parker Group” şirkətinin direktoru Maykl Polanski ilə nişanlandığı təsdiqlənib.
Axşam.az xəbər verir ki, bu, Paris Yay Olimpiya Oyunlarında ortaya çıxıb. O, Mayklı Fransanın baş naziri Qabriel Attalla tanış edərkən nişanlısı kimi təqdim edib.
Qeyd edək ki, cütlük 4 ildir sevgilidir. L.Qaqa özəl həyatını gizli saxlayır. Bir müddət əvvəl Qaqanın yayılan fotolarında onun hamilə olduğu deyilsə də, müğənni xəbərləri yalanlayıb.