Türkiyəli aktyor Mustafa Üstündağ ölkədə turistik ərazilərin idarəsinin xarici şirkətlərə verilməsindən şikayətlənib.
Axşam.az xəbər verir ki, aktyor buna görə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyini tənqid edib. O, xarici şirkətlər səbəbindən ödənişlərin avro ilə qəbul olunduğunu bildirib.
Mustafa Türkiyyə Cümhuriyyəti vətandaşı olaraq ölkəsində avro ilə ödəniş etməli olmasını birmənalı qarşılamayıb. Sosial media izləyiciləri onun bu fikirlərini dəstəkləyib.