Türkiyəli aktrisa Meltem Cumbul yeni bir layihədə rol alacaq.
Axşam.az xəbər verir ki, aktrisa "She said yes" ("O, "hə" dedi") filmində çəkiləcək. O, müğənni obrazına həyat verəcək.
Qeyd edək ki, Meltem son olaraq "Kırmızı oda" serialında rol alıb. Amerikada yaşayan aktrisa Mahsun Kırmızıgülün "Güzel aşklar diyarı" serialında çəkilmək üçün Türkiyəyə qayıdıb.