Ancelina Coli ilə Bred Pittin oğlunu avtomobil vurdu

Ancelina Coli ilə Bred Pittin oğlunu avtomobil vurdu
1282 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.

Axşam.az xəbər verir ki, o, elektrikli velosiped sürərkən Los-Ancelesdə yol ayrıcında avtomobil onu vurub. Bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı Paks dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb. Müayinədən sonra o beyin qanaması qorxusundan xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmişə kəllə-beyin travması və omba nahiyəsindən əzilmiş diaqnozu qoyulub. Onun yaxın zamanda xəstəxanadan buraxılacağı deyilib.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var: bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.