"Squid game" izləyicilərinə şad xəbər

"Squid game" izləyicilərinə şad xəbər
654 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Koreyanın məşhur "Squid game" serialının ikinci mövsümü dekabrın 26-da işıq üzü görəcək.

Axşam.az xəbər verir ki, bu barədə "Netflix" məlumat yayıb.

Şirkət həmçinin üçüncü və son mövsümün buraxılacağı tarixi də elan edib. Ekran işi 2025-ci ildə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, "Squid Game"in ilk mövsümü 17 sentyabr 2021-ci ildə "Netflix"də yayımlanıb. Dünya miqyasında fenomen olan ekran işi "Netflix" tarixində ən çox baxılan serial olaraq qalır.