Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Şeron Stoun Türkiyəyədədir.
Axşam.az-ın məlumatına görə, Bodrumda dincələn aktrisa hoteldə, tualetdə yıxılıb. O, video yayımlayaraq yıxıldığını və gözünün mərmərə dəydiyi üçün göyərdiyini bildirib. Şeron yaxşı olduğunu və zarafatla "Siz əsl mərmərin vəziyyətini görün" deyə, bildirib.
Qeyd edək ki, Ş.Stoun “Qlobal ikon mükafatı” mükafat almaq üçün Türkiyəyə gedib. "Qızıl Qlobus" tərəfindən ilk dəfə ABŞ hüdudlarından kənarda təqdim olunacaq. Mərasim avqustun 2-də Bodrumda keçiriləcək.