"Belə gözəl bədənim olduğu üçün..." - Fotolar

"Belə gözəl bədənim olduğu üçün..." - Fotolar
6402 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə məşhurlaşan azərbaycanlı model Günay Musayeva Akmerkezdə obyektivlərə tuş gəlib.

Axşam.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Musayeva hazırda bütün diqqətini aktrisalığa ayırdığını deyib. O bildirib ki, buna baxmayaraq modellik fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Günay aktyor Tolqa Karellə ailə qurub və 2015-ci ildə ayrılıb. Onların Cahangir adlı oğul övladı var.

"Həftənin beş günü idman etməyə çalışıram. İstanbulda olsam, idman zalına gedirəm. Başqa yerdə olsam, öz səhər rejimim var, 15 dəqiqə bunu edirəm və yoqa ilə məşğul oluram" sözlərini söyləyib.

Tez-tez görünüşünü dəyişən model "Bir həftə əvvəl saçımı kəsdirmişəm. Dəyişiklik həmişə yaxşıdır" deyə, bildirib.

Rusiya istehsalı olan "Yaxın Xoşbəxtlik" filmindəki obrazından söz açan Günay "Çəkilişimiz yeni bitdi. Dörd aydır çəkilişlərimiz davam edir. 2025-ci ildə yayıma çıxacaq. Çəkilişlər Türkiyədə oldu, yaxşı keçdi. Əsas, amma mənfi obraz canlandırdım" deyə, söyləyib.

"Podium üçün darıxmısınız" sualına isə Musayeva "Modellik davam edəcək. Belə gözəl bədənim var deyə, davam edəcək. Xaricdə keyfiyyətli işlərə daha çox diqqət yetirirəm" cavabını verib.