Xərçəngdən müalicə alan model əməliyyat izlərini göstərdi - Fotolar

Xərçəngdən müalicə alan model əməliyyat izlərini göstərdi - Fotolar
1338 dəfə oxunub
  • A-
  • A
  • A+

Xərçəngdən əziyyət çəkən italyan model Bianka Balti kamera qarşısına keçib.

Axşam.az xəbər verir ki, 40 yaşlı model əməliyyatdan sonra bədəninin necə dəyişdiyini göstərmək üçün fotosessiya etdirib.

Saçlarını qısa kəsdirən Bianka sosial media hesabında ağ-qara çəkilmiş çılpaq fotolarını yayımlayıb.

"Mənim kimi müalicəyə başlayanlara cəsarət olsun" deyə, model paylaşımında yazıb.

Qeyd edək ki, Bianka iki il əvvəl profilaktik mastektomiya əməliyyatı keçirib. Ona bu yaxınlarda yumurtalıq xərçənginin üçüncü mərhələsi diaqnozu qoyulub.