51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək
19095 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.

Axşam.az xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb. O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək. 

N.İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.