CeyLo boşandıqdan sonra bütün dəvətlərə gedir

CeyLo boşandıqdan sonra bütün dəvətlərə gedir
1255 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ben Afflekdən ayrıldıqdan sonra müğənni Cennifer Lopez tez-tez yeni bir insanla ictimaiyyət qarşısına çıxmağa başlayıb. 

Axşam.az xəbər verir ki, Lopez mühafizəçi tutub. 

Müğənni özünü yaraşıqlı oğlanlarla əhatə etməyin yolunu tapıb və son vaxtlar onun yanında tez-tez yeni cazibədar sima peyda olur. Onun yanındakı hündür sarışın kişi haqda xəbərlər dolaşmağa davam edir.

“O, yenidir, lakin onun təhlükəsizlik komandasının yeganə üzvü deyil. Çölə çıxanda onun ətrafında həmişə bir neçə mühafizəçi olur, onları görmək sadəcə çətindir. Artıq bir ildir ki, o, Lopezlə birlikdədir və Amazon ilə layihələri olanda onu dəstəkləyir” deyə, mənbə “Daily Mail”ə bildirib.