Ekstremal havadan qlobal zərər 2 trilyon dollara çatıb

Ekstremal havadan qlobal zərər 2 trilyon dollara çatıb
323 dəfə oxunub
  • A-
  • A
  • A+

Son onilliklərdə ekstremal hava şəraitindən dünyaya qlobal ziyan 2 trilyon dollar təşkil edib.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Daşqınlardan quraqlığa qədər 4000 hava hadisəsinin təhlili zamanı məlum olub ki, təkcə son iki ildə dəymiş ziyan 451 milyard dollar təşkil edib.

“Son onillikdə sübutlar açıq şəkildə göstərir ki, iqlim dəyişikliyi gələcəyin problemi deyil. Ekstremal hava hadisələri nəticəsində ciddi məhsuldarlıq itkiləri indi real iqtisadiyyatda hiss olunur” deyə, hesabatı hazırlayan Beynəlxalq Ticarət Palatasının (ICC) baş katibi Con Denton bildirib.

Sənəddə 2014-cü ildən 2023-cü ilə qədər ekstremal havaların qiymətində artım tendensiyası vurğulanıb. On il ərzində ən çox pulu ABŞ itirib - 935 milyard dollar. İkinci yerdə Çin (268 milyard dollar), üçüncü yerdə isə Hindistan (112 milyard dollar) qərarlaşıb.