Verilişə ayaqyalın gəldi - Video+Fotolar

Verilişə ayaqyalın gəldi - Video+Fotolar
1407 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli Cimmi Fallonun “The tonight show” proqramına qonaq olub.

Axşam.az xəbər verir ki, aktrisa efirə ayaqyalın gəlib. Onun bu addımı aparıcını təəccübləndirib. Aparıcı Coliyə "Ayaqqabını unutmusan" sualını ünvanlayıb.

Coli isə "Ayaq barmağımı sındırmışam və rahat ayaqqabı tapmağa çalışdım, amma sonra fikrimi dəyişdim" cavabını verib. 

49 yaşlı aktrisa belə proqramlarda əsəbi və narahat olduğunu bildirib. Bu Colinin son 10 ildə qatıldığı ilk tok-şou olub.