Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılıb.
Axşam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Cütlük eyni zamanda bir-birini instaqramda izləmədən silib və birlikdə olan fotoları yığışdırıb.
R.Vəliyevin instaqramdakı paylaşımı isə ayrılıq xəbərlərini şiddətləndirib.
"Heç kimə başqalarının şəxsi həyatı maraqlı olmamalıdır. Kim ayrıldı, kim boşandı... Hər şeyin əvvəli kimi sonu da var. Ağıllı-ağıllı şərh və ya mesaj yazıb, mülahizə irəli sürməyin, səbəb axtarmayın. Sadəcə xasiyyət fərqi" deyə, vəkil paylaşımında yazıb.
O, daha sonra lent.az-a açıqlama verərək xəbəri təsdiqləyib.
Vəkil bildirib ki, aralarında problem olsa da, boşanmaq üçün məhkəməyə müraciət etməyiblər:
"Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var. Amma məhkəməyə boşanma qərarı və ya iddia verilməyib".
Qeyd edək ki, bu, Aysunun ikinci evliliyidir. Ramil və Aysun cütlüyünün bir övladı var.

