Leyla evinin həyətinə meteorit düşdüyünü açıqladı - Video

Leyla evinin həyətinə meteorit düşdüyünü açıqladı - Video
11940 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Leyla Mustafayeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

O, instaqram səhifəsində qırımızıya bənzər daşın fotosunu izləyiciləri ilə bölüşərək onun kosmik daş olduğunu iddia edib.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən aparıcı daşın evlərinin həyətindən tapıldığını bildirib:

"Səhər saatlarında anam onu həyətdən tapıb. Əvvəl elə bilib ki, adi daşdır. Sonra isə görüb ki, fərqlidir. Çəkisi 2 kiloqram 340 qramdır. Maraqlandım, dedilər ki, meteoritdir. Araşdırılması ilə bağlı Geologiya və Geofizika İnstitutuna müraciət edəcəyik".