Xalq artisti ilə vida mərasimi keçirildi - Fotolar

Xalq artisti ilə vida mərasimi keçirildi - Fotolar
15582 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, SSR Xalq artisti Tamilla Şirəliyeva vəfat edib.

Axşam.az-ın məlumatına görə, 78 yaşlı balet ustası ilə bu gün vida mərasimi keçirilib. Sənət dostları, ailə üzvləri onunla vidalaşmağa yığışıb.

Mərhumun nəşi daha sonra dəfn olunmaq üçün Qurd Qapısı qəbiristanlığına aparılıb.

Qeyd edək ki, T.Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

 

Foto: İlqam Cəbiyev