"Kişi nə istəyirsə "baş üstə" deməlisən"

"Kişi nə istəyirsə "baş üstə" deməlisən"
1177 dəfə oxunub
  • A-
  • A
  • A+

"5 günə toyum olub, ərə getmişəm. 24 il onunla yaşamışam. Universitetdən tanıyırdım. 5 günün içində nişan, qız toyu və toy oldu".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Mənsumə Babayeva "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, həyat yoldaşı ilə 5 günün içində ailə qurub. 

Kişi-qadın münasibətindən danışan aktrisa "Kişi nə dedi "baş üstə" deməlisən. Gərək yola getməyi biləsən" sözlərini əlavə edib.