Məşhur türk filmi "Hababam sınıfı"nın 50 ili tamam olub.
Axşam.az xəbər verir ki, bu münasibətlə aktyor heyətindən hazırda həyatda olanlar bir araya gəliblər. Onlar "Hababam sınıfı" muzeyində yığışıblar.
Heyət 50 il sonra eyni partalarda əyləşiblər. Daha sonra sənətçilər qonaqlarla fotolar çəkdirib, tort kəsiblər.
Qeyd edək ki, filmdə Münir Özkul, Keman Sunal, Tarık Akan və Halit Akçatepe kimi “Yeşilçam” ulduzları yer alıb.