2025-ci ilin “İlin dünya mətbuat fotosu” mükafatının qalibi açıqlanıb.
Axşam.az xəbər verir ki, bu haqda BBC məlumat paylaşıb. Müsabiqənin qalibi “New York Times”ın fotoqrafı Samar Abu Elouf olub.
Onun Qəzzada İsrail-HƏMAS arasındakı müharibə nəticəsində qollarını itirmiş 9 yaşlı Mahmud Ajjourun portreti birinci olub.
İkinci yeri ABŞ-Meksika sərhədində gecə vaxtı çəkdiyi foto ilə Con Mur (“Getty Images”) və Musuk Noltenin quraqlığa çevrilən Amazon kəndində anasına yemək aparan gəncin fotosu tutub.
Qeyd edək ki, builki qaliblər 141 ölkədən 3778 fotoqrafın 59 320 fotoşəkili arasından seçilib.