Toyunda blogerin üstünə 5 kiloqram qızıl taxdılar - Fotolar

Toyunda blogerin üstünə 5 kiloqram qızıl taxdılar - Fotolar
2902 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media fenomeni Aleyna Dalveren toy görüntüləri müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, bloger iş adamı Fatih Ərdəmlə ailə qurub. Məşhurların iştirak etdiyi toyda Dalverenə 5 kiloqram qızıl hədiyyə edilib və bu dəbdəbəli hədiyyə sosial şəbəkədə böyük səs-küyə səbəb olub.

Bir vaxtlar musiqi karyerası ilə gündəmə gələn Aleyna bir neçə ay əvvəl Dubayda sevgili olduğu iş adamı Fatihlə nikah masasına oturub. Cütlüyün bir gün əvvəl İstanbulda toyu olub.

İbrahim Tatlısəs Şişlidəki oteldə keçirilən toy mərasimində səhnəyə çıxıb. Qonaqlar yeni evlənənlərə hədiyyə vermək üçün uzun növbə yaradıblar.