Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzərlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı evliliklərinin 16-cı ildönümü olduğunu vurğulayıb. O, ailəsi ilə birgə fotolarını yayımlayaraq bunları yazıb:
"Uşağlarımızı ailə qurduğunuz insanın görünüşü, qədd-qaməti, var-dövləti deyil, düşüncələri, hərəkətləri, həyata baxışı, zəkası yetişdirir. Şükrüm sonsuzdur. 19.04.2025. 16 il".
Qeyd edək ki, cütlüyün İpək və Əli adlı iki övladı var.