Xəbər verdiyimiz kimi, dünən Roma Papası Fransisk dünyasını dəyişib.
Axşam.az-ın məlumatına görə, mərhumla vida mərasimi bu gün Papanın Vatikandakı iqamətgahında təşkil edilib.
İlk olaraq onunla vidalaşmağa Vatikan əməkdaşları, onun köməkçiləri və ona xidmət edən personal toplaşıb.
Sabah isə Papa ilə ictimai vida mərasimi keçiriləcək. Onun nəşi Müqəddəs Pyotr bazilikasına aparılacaq. Sözügedən mərasim isə üç gün davam edəcək.
Qeyd edək ki, Papanın dəfn tarixini kardinallar təyin edəcək. İlkin ehtimala görə, pontifik aprelin 26-da dəfn olunacaq.