Türkiyənin İstanbul şəhərində zəlzələ olub.
Axşam.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Silivri sahilində 6,2 maqnitudalı, 7 km dərinlikdə zəlzələ baş verib. Zəlzələ 10 saniyə davam edib.
Yeraltı təkanlar Mərmərədə hiss edilib. "CNN Türk" kanalında xəbərlərin nümayişi zamanı tamaşaçılar zəlzələnin canlı şahidi olublar. Aparıcının zəlzələ zamanı görüntüsü sosial şəbəkədə yayılıb.