Övladları olacağı təsdiqləndi - Video

Övladları olacağı təsdiqləndi - Video
1205 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur reper Timati ilə özündən 20 yaş kiçik model sevgilisi Valentina İvanovanın övladları olacağı təsdiqlənib.

Axşam.az xəbər verir ki, reper Saymon Yunusovun anası instaqramda dənizkənarı kurortda ailəvi istirahət zamanı 31 yaşlı modelin hamilə olduğunu əks etdirən görüntüləri yayımlayıb.

Qeyd edək ki, Timati ilə İvanova 2022-ci ilin fevralında münasibətlərini təsdiqləyiblər. 

Timati heç vaxt evlənməyib, lakin onun müxtəlif sevgililərindən uşaqları var. 2014-cü ildə sənətçinin model Alena Şişkovadan Alisa adlı qızı dünyaya gəlib. 2019-cu ildə bloger Anastasiya Reşetovadan oğlu Ratmir olub.