Rusiyanın Xalq artisti Anna Netrebko Bratislavada xoşagəlməz hadisə ilə üzləşib.
Axşam.az xəbər verir ki, rusiyalı opera müğənnisinin oradakı konsertinə etiraz etmək üçün onlarla insan etiraz aksiyası keçirib.
Netrebkonun konserti çərşənbə günü Slovakiya Milli Teatrında planlaşdırılıb. Tədbirin başlamasına bir saat qalmış teatrın qarşısındakı meydana bir neçə insan toplaşıb. Fəallar Netrebkonu Rusiyanın hərəkətlərini açıq şəkildə pisləmədiyinə və Ukraynanı dəstəkləmədiyinə görə tənqid ediblər.
Slovakiyanın baş naziri Robert Fikonun Qələbə günü münasibətilə Moskvaya səfər etmək planlarına da tənqidlər səslənib. Camaat “Ayıb olsun tamaşaçılara!”, “Bizə Netrebko lazım deyil!” şüarları ilə etiraz ediblər. Onlar teatrın binasına daxil olan adamları fitə basıblar.
Etirazlara baxmayaraq Annanın çıxışı baş tutub.
Qeyd edək ki, bundan əvvəl Markiza telekanalı konsertə hazırlıqların hələ sentyabrda başladığını bildirib. Tədbirin özü, telekanalın məlumatına görə, Slovakiya Milli Teatrına vergilər nəzərə alınmadan 230 min avroya başa gələcək.
Slovakiyanın SME nəşrinin qeyd etdiyi kimi, Netrebko artıq 2011-ci ildə Bratislavada çıxış edib.
Anna Rusiyanın Ukraynaya xüsusi əməliyyatı başlayandan vətəni Rusiyada çıxışını dayandırıb.
Xatırladaq ki, Anna Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəli olub. Cütlük ötən il boşanıb.