Prezident və xanımı Patriarx Kirill ilə görüşüb - Fotolar

Prezident və xanımı Patriarx Kirill ilə görüşüb - Fotolar
645 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər.

Axşam.az xəbər verir ki, dövlət başçısı və birinci xanım qonağı qarşılayıblar.

Söhbət zamanı Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfərləri, dövlət başçısı və birinci xanım ilə görüşləri məmnunluqla xatırlanıb.

Ölkəmizdə hökm sürən multikultural mühitə toxunulub, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitində yaşadıqları vurğulanıb. Bu xüsusda ölkəmizdə pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edilib, həmin icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunduğu diqqətə çatdırılıb. Dini tolerantlığın təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tərzi kimi uzun illərdir mövcud olduğu bildirilib.

Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Qeyd edək ki, birinci xanım bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.