Tünzalə ABŞ-də - Video+Fotolar

Tünzalə ABŞ-də - Video+Fotolar
1659 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Tünzalə Ağayeva ABŞ-yə yollanıb.

Axşam.az xəbər verir ki, müğənni orada bir çox tədbirlərə qatılıb, səsyazma studiyalarında, təhsil və mədəniyyət ocaqlarında olub.

Tünzalə Vaşınqtonda yerləşən ABŞ Dövlət Departamentinin “Mədəniyyət və müəllif hüquqları” şöbəsində qonaq olub. Görüşdə müəllif hüquqları, musiqi təhsili və tədrisi barəsində söhbətlər aparılıb. 

Zəngin proqram çərçivəsində müğənni həmçinin ABŞ Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla da görüşüb. Estrada ulduzu qonaqlar üçün böyük şair Hüseyn Cavidin “Qız məktəbində" şeiri əsasında yazılan “Gülbahar” əsərini səsləndirib. 

İfaçı dünyanın ən böyük kitabxanası olan “Konqres kitabxanası”nı ziyarət edib. Sözügedən məkanda Aşıq Əkbərin, böyük şair Zəlimxan Yaqubun və digər aşıq və musiqiçilərimizin səsyazmaları yer alıb.

"İlk olaraq Azərbaycanda fəaliyyət göstərən Amerika Səfirliyinə təşəkkür edirəm. Onların bu təklifi mənə çox maraqlı gəldi. Bir çox maraqlı görüşlərdə iştirak edirəm, yeni tanışıqlıqlar olur. Ən əsası bizim musiqimizin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha bütün dünyaya çatdırırıq” deyə, Ağayeva əlavə edib.