"Bu uşaqda səmaların sirri var" - Fotolar

"Bu uşaqda səmaların sirri var" - Fotolar
1625 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva sosial şəbəkədə nəvəsi Aygüllə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa qızı Aytənin övladı ilə fotolar paylaşaraq bu sözləri yazıb: 

"Adı kimi ay işığına bürünüb gəlmiş, gecəmin sakitliyi, gündüzümün gülüşü. Balaca əlləri ilə həyatın ən saf nəğməsini yazır, hər addımı sanki dua kimi yerə dəyir. O danışanda küləklər belə susur, çünki bu uşaqda səmaların sirri var. Gözlərindəki parıltı min illik ulduzlardan miras, qəlbi - çiçəklər kimi incə, büllur kimi şəffaf.

Aygül böyüyür, amma mənim üçün o həmişə ilk dəfə Dilarə səslənişi ilə yadımda qalacaq. Bir gülüşüylə baharı gətirən, bir baxışıyla bütün dərdləri unutduran.

Ey Tanrım, onu qoru bu dünyanın səs-küyündən, hissiz insanların daş baxışlarından... Çünki Aygül yalnız bir uşaq deyil, O, bir nurdur... Qəlbimdə əbədi açan təkcə bir gül”.

Qeyd edək ki, aktrisanın Banu adlı daha bir övladı var.