“Uzak Şehir”də “Sadakat” obrazına həyat verən aktrisa Qonca Cilasun kadrarxası çəkilişlərdən görüntüləri sosial media hesabında yayımlayıb.
Axşam.az xəbər verir ki, fotolarda aktrisanın gəlinini “Alya”nı canlandıran Sinem Ünsal da yer alıb. Ekran işində aralarındakı mübahisə bitməyən aktrisaların real həyatdakı səmimi görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, serialın baş rolunu Sinem Ünsalla Ozan Akbaba paylaşır. Ekran işi mövsüm finalı edib.