Paşinyan ilk dəfə Azərbaycanı təbrik etdi

Paşinyan ilk dəfə Azərbaycanı təbrik etdi
2783 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib.

Axşam.az xəbər verir ki, bu barədə Nikol Paşinyan rəsmi “X” hesabında paylaşım edib.

“Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” deyə, Paşinyan qeyd edib.

Qeyd edək ki, N.Paşinyan ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.