Yutubun işində problemlər yaranıb

Yutubun işində problemlər yaranıb
760 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzi ölkələrdə yutub platformasının fəaliyyətində texniki nasazlıq müşahidə olunur.

Axşam.az xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidməti məlumat yayıb.

Bildirilir ki, istifadəçilərin 3 faizi tətbiqin işləməsində nasazlıq olduğunu, 16 faizi videoların işə düşmədiyini, 81 faizi isə sayta daxil olmaqda çətinlik çəkdiklərini bildiriblər.

Ən çox şikayət ABŞ-dən daxil olub. Ölkənin beş mindən çox sakini tətbiqin fəaliyyətindən narazılıq edib.

Problem Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrin istifadəçiləri arasında da qeydə alınıb.