Aktyor Nicat Rəhimovun qızı Mehriban üçün məclis qurub.
Axşam.az xəbər verir ki, aktyor övladının 1 yaşını şəhər restoranlarından birində qeyd edir.
Məclisə sənət adamları və şou-biznes nümayəndələri də dəvət olunub.
Qeyd edək ki, aktyor Ülviyyə adlı xanımla ailəlidir. O, açıqlamalarından birində 6 il sonra övladı olduğunu demişdi.