Əməkdar artist Elton Hüseynəliyev Avropa gəzintisinə çıxıb.
Axşam.az xəbər verir ki, müğənni xanımı Tamilla Hüseynəliyeva ilə birlikdə İtaliyaya gedib.
Elton Komo gölü ətrafında gəzintidən görüntülərini izləyiciləri ilə bölüşüb. Sənətçi küçə musiqiçiləri ilə birlikdə mahnı da oxuyub.