İsrailin İrana zərbələr endirməsi nəticəsində 6 iranlı nüvə alimi həlak olub.
Axşam.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail İran ərazisində yerləşən bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi şəxsləri həlak olub.