Eldənizə Qarabağ Universitetində çalışmağa icazə verilməyib

Eldənizə Qarabağ Universitetində çalışmağa icazə verilməyib
2727 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Eldəniz Məmmədov Qarabağ Universitetində çalışmaq istəyir. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" proqramında danışıb. O bildirib ki, universitetdə müəllim kimi fəaliyyət göstərmək istəsə də, alınmayıb:

"Mənə təklif gəldi, amma olmadı. Magistratura təhsilim olmadığı üçün icazə vermədilər. Orada müəllim kimi çalışmaq üçün magistratura təhsilin olmalıdır. Hər il imtahan verirəm, amma kəsilirəm".