Türk Şahzadəsi ləqəbli, üç yastıq yarışında ixtisaslaşmış türk dünya çempionu, peşəkar karambol bilyardçısı Semih Sayqınerin həyatı film olacaq.
Axşam.az xəbər verir ki, idmançını aktyor Ekin Koç canlandıracaq. Filmin adı "Usta" olacaq.
Ekran işinin rejissoru Umur Turaqay olacaq.
Qeyd edək ki, Ekin son olaraq "Taş kağıt makas" serialı üçün kamera qarşısına keçib.
