Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirildi - Fotolar

Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirildi - Fotolar
2427 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur fenomen Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirilib.

Axşam.az xəbər verir ki, Polatın vəkili bildirib ki, fenomen məruz qaldığı ictimai təzyiq səbəbindən psixoloji sıxıntı yaşayır. Bu səbbədən o, psixiatriya palatasında müalicə alır. Onun müalicəsinin nə qədər davam edəcəyi bəlli deyil.

Qeyd edək ki, Dilan Engin Polatla ailəlidir. Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen və həyat yoldaşı, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.

Cütlüyün 2 övladı var.