Müğənni Xatun Əliyeva böyük ad günü edən sənət adamlarını tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəbərin var?" verilişində deyib. O bildirib ki, hər il ad gününə dəvət edilməsini xoşlamır:
"Bəziləri hər il ad günü edir. Elə edir ki, sanki 5 ildir ad günü keçirtmir. Hələ əmrlə də deyir ki, ad günümdür, gələrsən. Sanki ora getmək borcumdur. Mənə deyirlər ki, get təbrik elə və qayıt. Amma mən gedəndə əylənmək istəyirəm".