"Survivor"da bunu bacaran 3-cü yarışmacı oldu - Foto

"Survivor"da bunu bacaran 3-cü yarışmacı oldu - Foto
4392 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün "Survivor All Star 2025" yarışmasının finalı baş tutub.

Axşam.az xəbər verir ki, finala Adem Kılıçcı qalıb. Adem rəqibi Batuhan Karacakayanı üstələyərək yarışma tarixində çempion adını ikinci dəfə qazanıb.

Qeyd edək ki, Adem həm də "Survivor 2018"də birinci olub. Bununla da o, yarışma tarixində Turabi Çamkıran və Ogeday Girişkendən sonra 2-ci dəfə qalib gələn üçüncü şəxs olub.

Adem 2022-ci ildə isə müsabiqənin ikincisi seçilib.