Lalə Azərtaş “dərzi” oldu - Fotolar

Lalə Azərtaş “dərzi” oldu - Fotolar
2594 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin icra etdiyi “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin icrası çərçivəsində ilk tədbir keçirilib. 

Axşam.az xəbər verir ki, tədbir çərçivəsində 25 məktəblinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri təşkil olunub.

Səfər zamanı Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri Lalə Azərtaş  layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihənin əsas məqsədi maarifləndirmə yolu ilə valideynlərə, həmçinin nikah yaşına çatmayan qız və oğlanlara erkən nikahın fəsadları barədə məlumat vermək, o cümlədən qız uşaqlarının təhsildən uzaqlaşdırılmasının, ailə məsuliyyətini dərk etməyən cütlüyün belə bir yükə məhkum edilməsinin, belə ailələrin uğursuz olmasının, xüsusilə qızların ağır bioloji və psixoloji travma almalarını diqqətə çatdırmaq, həmçinin dövlətin müvafiq strukturlarının bu istiqamətdə apardığı işlərə dəstək göstərməkdir.  Səfərin məqsədi barədə danışan L.Azərtaş deyib ki, şagirdlərin peşə liseyinə səfərinin təşkilində məqsəd təhsildən, xüsusilə də 9-cu sinifdən sonra məktəbdən  uzaqlaşdırılan məktəblilərin peşə təhsilinə marağını artırmaq, bununla da onların ailə qurmaq istəyinə, erkən nikah qurbanına çevrilmə ehtimalına qarşı maarifləndirmə işləri aparmaqdır.