İngiltərənin ən qədim iki sülaləsini birləşdirən toy baş tutdu - Fotolar

İngiltərənin ən qədim iki sülaləsini birləşdirən toy baş tutdu - Fotolar
1466 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə İngiltərənin Lesterşir əyalətində Böyük Britaniyanın ən qədim aristokratik ailələrindən ikisini birləşdirən toy olub.

Axşam.az xəbər verir ki, 11-ci Rutland hersoqunun qızı Ledi Violet Manners 16-cı Lindsi Qrafının varisi Uilyam Ceyms Lindsey-Betyun ilə nikah masasına əyləşib.

Məclis gəlinin ailə mülkü olan Belvoir qalasında baş tutub. Malikanədə Britaniya kral ailəsi haqqında çəkilən "Tac" serialının çəkilişləri aparılıb.

Toyda İngiltərənin nüfuzlu ailələri iştirak edib.